Radoslav Sikorski – Hey, İlon Mask, böyük insan, yenə öz məhsullarınla siyasi oyunlar oynayırsan? Sənin avropalı müştərilərin səni izləyirik

15:36, 14.10.2026

 

Hey, İlon Mask, böyük insan, yenə öz məhsullarınla siyasi oyunlar oynayırsan? – Polşanın xarici işlər naziri Radoslav Sikorski ukraynalı hərbi qulluqçular üçün “Starlink” terminallarının işinə məhdudiyyətlərin tətbiq olunduğu məlum olduqdan sonra “SpaceX”in icraçı direktoru İlon Maska müraciət edib.

Sikorski bildirir ki, “SpaceX”in avropalı müştəriləri gedən prosesləri izləyirlər.

“Hey, İlon Mask, böyük insan, yenə öz məhsullarınla siyasi oyunlar oynayırsan? Sənin avropalı müştərilərin səni izləyirik” – Sikorski sosial şəbəkədə yazıb.

Məlumat üçün bildirək ki, Ukrayna Prezidentinin müşaviri Serqey Beskrestnov “SpaceX” şirkətinin ukraynalı hərbçilər üçün “Starlink”in iş sürətini məhdudlaşdırdığını bəyan etmişdi. O, “SpaceX”in hərəkətdə olan “Starlink” terminalları üçün sürət məhdudiyyətini oktyabrın 14-nə keçən gecə qüvvəyə mindirdiyini bildirib. Onun ehtimalına görə, bu qərar təsadüfi olmaya bilər və “mövcud siyasi vəziyyətlə bağlı ola bilər”.

Oxşar