Radoslav Sikorski – Biz müharibəyə başlamayacağıq, lakin çəkindirməyə hazır olmalıyıq, düyü ehtiyatım var, mürəbbə hazırlamışam, təhlükəsizlik təlimatlarım var və sığınacağın yerini artıq öyrənmişəm
Biz, əlbəttə ki, müharibəyə başlamayacağıq, lakin Putin Gürcüstana və indi Ukraynaya etdiyini təkrarlayarsa, çəkindirməyə hazır olmalıyıq – bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Rusiya ilə NATO-ya üzv hər hansı bir ölkə arasında müharibə ehtimalını nəzərdən keçirib-keçirmədiyi barədə suala Sikorski cavab verib ki, bunu yalnız bir nəfər – Vladimir Putin bilir.
Sikorski, mümkün hərbi münaqişəyə hazırlaşarkən sığınacaqların yerini öyrəndiyini, düyü və mürəbbə ehtiyatı topladığını bildirib.
“Mənim düyü ehtiyatım, evdə əl nasosum var, həmçinin öz bağçamın meyvəsindən mürəbbə hazırlamışam. Təhlükəsizlik təlimatlarım var və sığınacağın yerini artıq öyrənmişəm. Hər kəs sarğı qoymağı da bacarmalıdır. Bu, dinc dövrdə də faydalı olar” – Sikorski qeyd edib.
Sikorskinin bəyanatına əsasən, Polşanın bütün vətəndaşları təhlükəsizlik təlimatları alıblar və dövlət “hazır olmalısınız” deyirsə, onlar bu çağırışı nəzərə almalıdırlar.