"Radio Tavisupleba" - Gürcüstanla vizasız gediş-gəliş rejimin dayandırılmasını heç bir ölkə tələb etməyib
Gürcüstanla vizasız gediş-gəliş rejimin dayandırılmasını Avropa İttifaqının heç bir ölkəsi tələb etməyib.
“Ancaq, bu mövzunun müzakirəsi əvvəlcədən xəbərdarlıq kimi də hesab oluna bilər” – deyir “Azadlıq radyosunun” Brüsseldəki korrespondenti.
Həmin mənbənin yaydığı məlumata görə, Gürcüstanın müzakirə edilməsinin səbəbi, bir il ərzində (2016-2017-ci illərdə) Gürcüstandan Avropa İttifaqından sığınacaq istəyənlərin sayının 50% ilə artmasıdır.
“Vizasız gediş-gəliş rejiminin “dayandırılma mexanizmi”, ancaq Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejimində olan hərhansı bir ölkədən miqrantların böyük axını olduğu halda qüvvəyə salına bilər” – deyir Azadlıq radyosu (Radio Tavisubleba).