Rabitə Komissiyası - Komissiya internet qiymətlərini artırmaqla "MagtiCom" tərəfindən dominant mövqedən sui-istifadənin mümkün faktını öyrənməyə başladı
Rabitə Komissiyası internet qiymətlərini artırmaqla “MagtiCom” tərəfindən dominant mövqedən sui-istifadənin mümkün faktını öyrənməyə və araşdırmağa başladı. Məlumatı Rabitə Komissiyası yayır.
Onların məlumatına əsasən, məsələ iyunun 1-dən mobil internet paketlərinin, avqustun 1-dən isə sabit internetin bahalaşmasını nəzərdə tutan “MagtiCom”un qərarlarından gedir.
“MagtiCom” tərəfindən həyata keçirilmiş əməldən irəli gələrək, Rabitə Komissiyası üçün şirkət tərəfindən ədalətsiz rüsumların tətbiqinin və mümkün dominant mövqedən sui-istifadənin baş verə biləcəyi ilə bağlı mənzərə ortaya çıxır” – Rabitə Komissiyası tərəfindən yayılmış məlumatda qeyd olunub.