Rabitə Komissiyası “Formula”, “Formula Multimedia” və bir neçə radio yayımçıya xəbərdarlıq edib və onlara xarici qüvvədən maliyyələşməni dayandırmağı tapşırıb
Rabitə Komissiyası “Formula”, “Formula Multimedia” və bir neçə radio yayımçıya xəbərdarlıq edib və onlara xarici qüvvədən maliyyələşməni dayandırmağı tapşırıb

 

Rabitə Komissiyası “Formula” və “Formula Multimedia” televiziya yayımçılarına, eləcə də “Jurnalistlər İttifaqı Xalqın Səsi”, “Radio-TV Nori” və “System Gama” radio yayımçılarına “Yayım haqqında” Gürcüstanın qanununu pozduqlarına görə yazılı xəbərdarlıq edib və onlara xarici qüvvədən maliyyə almağı dayandırmağı tapşırıb – bu barədə məlumatı Rabitə Komissiyası yayır.

Onların məlumatına əsasən, 2025-ci ilin ikinci rübündə MMC “Formula Multimedia” Kiprdə qeydiyyatdan keçmiş hüquqi şəxs “INFINITY CV GROUP CY LTD”dən 1,336,675 lari alıb. Eyni dövrdə “Formula” “Formula Multimedia”dan 463,000 lari alıb.

Rabitə Komissiyasının məlumatına əsasən, “Formula” və “Formula Multimedia” tərəfindən Rabitə Komissiyasına təqdim edilmiş statistik hesabatlar formalarından “Formula” tərəfindən “Formula Multimedia”dan alınmış məbləğin kredit olduğu müəyyən edilib. Öz növbəsində, “Formula Multimedia” tərəfindən “INFINITY CV GROUP CY LTD”dən alınmış məbləğ də kredit olub. Hesabat formalarından “Formula Multimedia”nın xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxsdən “INFINITY CV GROUP CY LTD”dən alınan maliyyə vəsaitindən başqa, digər əhəmiyyətli gəlirinin olmadığı müəyyən edilib.

“Yayımçıların yuxarıda qeyd olunan maliyyə vəsaitini 2025-ci ilin aprelin 1-də “Yayım haqqında” Gürcüstanın qanununa dəyişiklik daxil edilməsindən və yayımçının xarici qüvvədən birbaşa və ya dolayı şəkildə maliyyələşdirilməsinin qadağan edilməsindən sonra aldıqlarından və bununla yanaşı, qeyd olunan maliyyə vəsaitinin qanunla nəzərdə tutulmuş istisna hallara (kommersiya reklamı, teleşopinq, sponsorluq və proqrama məhsulun yerləşdirilməsi) daxil olmamasından irəli gələrək, Rabitə Komissiyası “Formula” və “Formula Multimedia”ya yazılı xəbərdarlıq edib və onlara “INFINITY CV GROUP CY LTD”dən maliyyə almağı dayandırmağı tapşırıb” – Rabitə Komissiyasının məlumatında deyilir.

Onların məlumatına əsasən, Rabitə Komissiyası eyni qanunu pozduqları üçün “Jurnalistlər İttifaqı Xalqın Səsi”, “Radio-TV Nori” və “System Gama” radio yayımçılarına xəbərdarlıq edib və onlara xarici qüvvədən maliyyə almağı dayandırmağı tapşırıb.