Rəsmi məlumatlara əsasən, güclü isti səbəbindən İspaniyada 1000-dən çox insan dünyasını dəyişib
Ölkənin rəsmi məlumatlarına əsasən, İspaniyada isti hava dalğası nəticəsində ən azı 1 028 insan həyatını itirib. Bu göstərici 2025-ci ilin iyun ayının göstəricilərini iki dəfə üstələyir. Həmçinin bu, 2015-ci ildən bəri iyun ayında istilərin səbəb olduğu ən yüksək ölüm göstəricisidir.
İstilərin pik həddə çatdığı dövrdə, iyunun 23-də təxminən 35.7 milyon insan, ölkə əhalisinin təxminən 73%-i sağlamlıq riski ilə üz-üzə qalıb.
Alimlərin qiymətləndirməsinə əsasən, Avropa miqyasında yayılan isti hava dalğası tarixdəki ən güclülərdən biri olub. Bir çox ölkədə, o cümlədən Almaniya, Fransa, Polşa, Çexiya və Macarıstanda temperatur 40 dərəcəni keçib.
Bununla yanaşı, Portuqaliya əhaliyə yeni isti hava dalğası ilə bağlı xəbərdarlıq edir. Ölkənin meteorologiya agentliyi regionlarda “qırmızı” səviyyəli xəbərdarlıq elan edib, Lissabonda isə temperaturun 40 dərəcəyə qədər yüksələ biləcəyi gözlənilir.
Növbəti günlərdə yüksək temperatur İspaniya, İtaliya, Fransa və Avropanın digər hissələrinə də yayıla bilər.