Qurcaaninin Çumlaği kəndində qətl hadisəsi baş verib.
Yerli sakinlərin verdiyi məlumat üzrə, kənd sakini odlu silahdan atəş açaraq bir nəfəri qətlə yetirib, yaxınlıqda olan gənc bir kişi isə yüngül xəsarət alıb.
Versiyalardan birinə əsasən, hadisə ehtimal ki, qisas və tərəflər arasında keçmişdə mövcud münaqişə ilə bağlıdır.
Hadisə kəndin mərkəzində baş verib. İstintaq aparılır.