Qurcaaninin Araşenda kəndində yerli sakinlər torpaqların özgəninkiləşdirilməsinə etiraz aksiyası keçirirlər.
Qurcaaninin Araşenda kəndində yerli sakinlər 23 hektar torpağın özgəninkiləşdirilməsinə etiraz olaraq aksiya keçirirlər. Sakinlərin dediyinə görə, həmin ərazi kəndin otlaq yeri olub.
Etirazçıların sözlərinə görə, həmin kənddən olan yerli fermerlərdən biri ərazini icarəyə götürmək istəyir.
Eyni zamanda yerli Qiorqi Boçorişvili icarəyə götürmək istədiyi ərazinin Araşendaya aid olmadığını və Axaldaba kəndinin torpağı olduğunu bildirir. O, ərazidə badam bağı salmağa hazırlaşdığını bildirib.
Kəndlilər dövlətdən xahiş edirlər ki, otlaq üçün istifadə etdikləri torpaqları icarəyə verməsinlər. Əhali bu tələblə imza toplayıb. Araşenda əhalisi yerli hakimiyyətlə görüş tələb edir. Yerli sakinlər deyirlər ki, ərazidə heç kimə torpaq becərməyə icazə verilməyəcək.