Quriyada yoxlanılan 387 şəxsdən koronavirus heç birində təsdiq olunmadı
Quriyada yoxlanılan 387 şəxsdən koronavirus heç birində təsdiq olunmadı. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Quriya bölməsinin rəhbəri, Arçil Mjaviyanın Gürcüstanın Birinci Kanalına bəyan etdiyinə görə, Quriyada vəziyyət tamamilə nəzarət altındadır.
“Laboratoriyadan nəticələri qəbul etdik. Koronavirus onların heç birində müəyyən olunmadı. Epidemioloqlar işlərini davam etdirirlər. Quriyada vəziyyət tamamilə nəzarət altındadır”, – Arçil Mjaviya bəyan etdi.