Quriyada polis ailə üzvünün qəsdən qətlə yetirilməsi faktına görə bir nəfəri saxladı
Daxili İşlər Nazirliyinin Quriyadakı polis departamentinin əməkdaşları isti izlərlə keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirləndirilən, 1956-cı il təvəllüdlü Z.R.-i saxlayıblar. Məlumatı DİN yayıb.
DİN-in məlumatına görə, cinayət 16 ildən 20 ilə qədər, yaxud ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 22 avqustunda Ozurgeti bələdiyyəsində, öz yaşayış evində, mübahisə zəminində ov tüfəngindən açdığı atəşlə həyat yoldaşına – 1969-cu il təvəllüdlü N.G.-yə baş nahiyəsindən güllə yarası yetirib. Nəticədə N.G. hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları cinayətdə təqsirləndirilən Z.R.-i isti izlərlə saxlayıblar.
Polis cinayətin törədilməsi üçün istifadə olunan silahı maddi sübut kimi götürüb. İstintaq Cinayət Məcəlləsinin 11 prim 109-cu maddəsi ilə aparılır”, – deyə qurumun məlumatında qeyd olunur.