Quriyada meşədən çıxa bilməyən altı nəfəri xilasedicilər təhlükəsiz yerə təxliyə ediblər
Çoxatauri Munisipalitetinin Surebi kəndi ərazisində meşədə olan altı vətəndaş meşə massivindən çıxa bilmirdi – bu barədə məlumatı Fövqəladə Halların İdarəedilməsi Xidməti yayır.
Qurumun məlumatına əsasən, vətəndaşlardan biri səhhətinin pisləşməsi səbəbindən artıq müstəqil hərəkət edə bilməyib.
“Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin əməkdaşları vətəndaşları təhlükəsiz yerə təxliyə ediblər. Bir nəfərin tibbi yardım alması üçün təxliyəsi isə Sərhəd Polisinin helikopteri vasitəsilə həyata keçirilib” – Fövqəladə Halların İdarəedilməsi Xidmətindən bildirirlər.