Koronavirusun 3 824 yeni halından 157 halı Quriyada aşkar edildi.
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Quriya bölməsinin məlumatına görə, virusa yoluxanlar müxtəlif peşə sahibidirlər və onlar arasında uşaqlar da var.
“Epid-araşdırma və kontakların müəyyənləşdirilməsi aparılır. Şübhəli pasiyentlərin “PCR” testləşdirilməsi davam edir. Onların sayının artması mümkündür”, – Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Quriya şöbəsində bəyan edirlər.
Gürcüstanda koronavirusun 3 824 yeni halı qeydə alındı, 3 851 pasiyent sağaldı.