Quriya bölgəsinə güclü qar yağmasından zərər çəkən əhaliyə yardım üçün 140 ton ərzaq və ilkin istehlak malları göndərilib.
Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.
Baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən Koordinasiya Qərargahı tərəfindən qəbul edilmiş qərara müvafiq olaraq, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə göndərilən məhsullar Quriya bölgəsinin hər üç munisipaliteti üzrə bölünəcək və əhaliyə veriləcək.