Quram Maçaraşvili – Saakaşvilinin işi ilə bağlı istintaq komissiyası yaradılarsa, həqiqəti bir daha ictimaiyyətə göstərmək üçün orada iştirak edəcəyik
Parlament çoxluğu Mixail Saakaşvilinin Rustavi müəssisəsindən Qldani tibb müəssisəsinə keçirilməsi ilə bağlı müvəqqəti istintaq komissiyasının yaradılmasını dəstəkləməyəcək.
Çoxluğun üzvü, Quram Maçaraşvilinin jurnalistlərə bəyan etdiyinə görə, “Milli Hərəkat” ictimaiyyət qarşısında görünmək üçün müvəqqəti təhqiqat komissiyası yaratmaq üçün Parlamentin berketlərindən istifadə etmək istəyir.
Deputatın dediyinə görə , “Milli Hərəkat” bu formatda istintaq komissiyasını yaratsa, “Gürcü Arzusu” Mixail Saakaşvili ilə bağlı həqiqəti bir daha sübut edəcək.
“Bu baxımından yenilik heçnə olmayacaq. Yenilik o olacaq ki, radikal müxalifət istəyir bu institutu nəsə forma ilə istifadə etsin ki, birtəhər siyasi səthində olsun. Bunun artıq məqsədi yoxdur. Biz hesab etmirik ki, komissiya lazımdır. Əgər onlar komissiyanın yaradılmasıı vacib etsələr, buna imkanları var. Komissiya yaratsalar orada iştirak edəcəyik ki, həqiqəti bir daha ictimaiyyətə göstərək. Məqsəddir ki, hansısa berketlər olsun ki, ictimaiyyətdə görünsünlər”, – Maçaraşvili bəyan etdi.
“Milli Hərəkat” fraksiyası müvəqqəti istintaq komissiyasının yaradılması təşəbbüsünü artı Parlamentə təqdim etdi. Məsələ 7 fevral büro iclasında təqdim olundu.