Quram Macaraşvili - Qəbul edilmiş qanunlar Gürcüstan vətəndaşının hüquqlarını qoruyur, müxalifətin xarici sahibləri dövlətlərlə alver edirlər, lakin bu onlarda alınmayacaq
Quram Macaraşvili - Qəbul edilmiş qanunlar Gürcüstan vətəndaşının hüquqlarını qoruyur, müxalifətin xarici sahibləri dövlətlərlə alver edirlər, lakin bu onlarda alınmayacaq

 
“Şəffaflıq” və “LGBT” qanununun ləğvi tələb olunduqda pərdənin götürülməsi prosesidir, bu qanunların seçkilərin nəticələrinə nə dəxli var? – bu haqda “Xalqın Gücü” partiyasının icraçı katibi Quram Macaraşvili deyib.

O bildirib ki, müxalifətin xarici sahibləri dövlətlərlə alver edirlər, lakin bu onlarda alınmayacaq.

“Bu iki qanunun ləğvi tələb olunduqda pərdənin götürülməsi prosesidir. “Şəffaflıq Qanunu” və “LGBT Qanunu”nun seçkilərin nəticələrinə nə dəxli var? Nə çıxır, dörd yüz və ya üç yüz min səs saxtalaşdırılmayıb və bizimlə alver edirlər? Onların fikrincə, bu qanunları ləğv etsək, seçkilər legitim olacaq və üç yüz min səs isə yoxa çıxmadı, saxtalaşdırılmadı ki, sən demə doğrudan da, “Gürcü Arzusu”na məxsusdur? Müxalifətin bu xarici sahibləri dövlətlərlə bu şəkildə alver edirlər, lakin bu onlarda alınmayacaq. “LGBT” və “Şəffaflıq” qanunu da Gürcüstan vətəndaşının hüquqlarını qoruyur” – Quram Macaraşvili bildirib.