Quram Macaraşvili - Gürcüstana qarşı sanksiyalar işə yaramır, sanksiyalar artıq köhnəlib və miqyasını nə qədər artırsalar, bir o qədər əks nəticə verəcək
Quram Macaraşvili - Gürcüstana qarşı sanksiyalar işə yaramır, sanksiyalar artıq köhnəlib və miqyasını nə qədər artırsalar, bir o qədər əks nəticə verəcək

 

Gürcüstana qarşı sanksiyalar işə yaramır – bu barədə “Xalqın Gücü” partiyasının icraçı katibi Quram Macaraşvili Gürcüstanın Birinci Kanalına açıqlayıb.

O bildirib ki, sanksiyalar artıq köhnəlib və miqyasını nə qədər artırsalar, bir o qədər əks nəticə verəcək.

“Avropa İttifaqının vəzifəli şəxslərindən biri dedi ki, sanksiyalar və vizasız gediş-gəlişin dayandırılması əks nəticə verəcək və özümüzü saxlamayaqmı? Onlar başa düşdülər ki, gürcü cəmiyyətində onların siyasətinə qarşı əks nəticə yaranır, çünki Gürcüstan sülh, iqtisadiyyat və dostluğun artması üçün Avropa İttifaqında olmaq istəyir. Əgər desələr ki, kişilərin evliliyi qanuniləşməyincə və ölkədə müharibə başlamayınca sizi Avropa İttifaqına buraxmayacağıq, əlbətdə, gürcü cəmiyyəti bundan imtina edəcək, çünki həqiqi Avropa dəyərlərini yaxşı tanıyırıq. Sanksiyalar artıq köhnəlib və miqyasını nə qədər artırsalar, bir o qədər əks nəticə verəcək” – Quram Macaraşvili bildirib.