Quram Macaraşvili – Gürcüstan və Amerika arasında münasibətlərin yenidən başlaması prosesi başlayıb, ümid edirəm ki, belə də davam edəcək
Amerika ilə münasibətlərin yenidən başlaması məqsədilə dinamika başlayıb, ümid edirəm ki, belə də davam edəcək – bu barədə “Xalqın Gücü” partiyasının lideri Quram Macaraşvili bildirib.
Onun sözlərinə əsasən, ən azı bir ildən çoxdur ki, Amerikanın bugünkü administrasiyası tərəfindən Gürcüstana qarşı ədalətsiz bəyanatlar verilmır.
“Gürcüstan və Amerikaya nümayəndə heyətlərinin səfərləri də Gürcüstan və Amerika arasında münasibətlərin yenidən başlaması prosesinin başlamasından xəbər verir. Biz Gürcüstanın suverenliyini tanıyan hərkəslə həmişə tərəfdaşlıq münasibətlərində olacağıq. Əvvəllər də, o cümlədən Amerika ilə belə idi. Təəssüf ki, Bayden administrasiyası bütün bunları korladı. Ümid edirəm ki, Gürcüstan-Amerika tərəfdaşlığı adlanan və artıq başlamış bu proses davam edəcək” – Macaraşvili bildirib.