Quram Macaraşvili - Çevriliş planlaşdırırdılar, USAID-dən qara pul ayrılırdı, QHT-lər və müxalifət pirotexniki vasitələr almaq üçün Qərbdən pul aldıqlarını inkar etmirlər
Çevriliş planlaşdırırdılar, USAID-dən qara pul ayrılırdı, QHT-lər və müxalifət pirotexniki vasitələr almaq üçün Qərbdən pul aldıqlarını inkar etmirlər – bu barədə “Xalqın Gücü” partiyasının icraçı katibi Quram Macaraşvili bildirib.
O deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin hesabatının şübhə altına alınması ilə, ABŞ Prezidentinin sərəncamı da şübhə altına alınmış olacaq.
“Təkcə Gürcüstanda deyil, başqa ölkələrdə də çevriliş planlaşdırırdılar. USAID-dən müxtəlif ölkələrin, o cümlədən Gürcüstanın siyasətinə qarışmaq üçün qara pul ayrılırdı. QHT-lər və müxalifət pirotexniki vasitələr almaq üçün bəli Qərbdən pul aldıqlarını inkar etmirlər. Srağagün onu da dedilər ki, sən demə polisə pirotexniki vasitə atmaq cinayət deyil. Bunu açıq şəkildə etiraf edən insanları müdafiə etmək üçün əbəs yerə zəhmət çəkməyin. Dövlət Təhlükəsizliyi Xidmətinin hesabatını şübhə altına alsanız, o zaman Amerika Birləşmiş Ştatlarının Prezidentinin sərəncamını şübhə altına almış olacaqsınız. Pasxa keçsə belə, səhər-axşam dualanmış suyu üzərinizə səpin. Liluaşvili və Oxanaşvilinin hesabatının adı nədir? – Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin hesabatıdır. Oxuyun, xaric Qərb deyil ? – hamı xaricdir” – Macaraşvili bildirib.