Quram Kaşia Gürcüstan yığmasında son oyunundan əvvəl azarkeşlərlə vidalaşdı #1TVSPORT
Quram Kaşia Gürcüstan yığmasında son oyunundan əvvəl azarkeşlərlə vidalaşdı #1TVSPORT

 

Quram Kaşia Gürcüstan yığmasında Rumıniyaya qarşı son oyununu keçirəcək. Matç başlamazdan əvvəl o, azarkeşlərlə vidalaşıb.

Kaşia milli komandanın forması ilə 129 oyunda iştirak edərək “Xaçlıları”ın rekordçusu olub. Onun hesabında 3 qol və bir məhsuldar ötürmə var. Qeyd etmək lazımdır ki, təcrübəli mərkəz müdafiəçisi 16 dəfə dayaq yarımmüdafiəçisi mövqeyində oynayıb, bu da əsasən Temur Ketsbaianın baş məşqçiliyi dövründə baş verirdi.

Kaşia 2009-cu ildən milli komandanın şərəfini qoruyurdu. O, Caba Kankavanın milli karyerasını başa vurmasından sonra, 2021-ci ildə komandanın kapitanı seçilib. Gürcüstan yığması tarixdə ilk dəfə məhz onun kapitanlığı dövründə Avropa Çempionatına vəsiqə qazanıb.

Gürcüstan və Rumıniya yığmalarının matçını Birinci Kanal birbaşa efirdə təqdim edir.