Quram Dumbadze Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik edəcək
Quram Dumbadze Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik edəcək

 

Quram Dumbadze Gürcüstanın Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri təyin edilib. Bu barədə Gürcüstanın Hökumət Administrasiyasında bildiriblər.

Hökumət Administrasiyasında izah etdikləri kimi, bu vəzifəyə təyin olunmazdan əvvəl Quram Dumbadze Hökumət Administrasiyasının Daxili Audit Xidmətinə rəhbərlik edirdi və onun əsasında Hökumətin Səmərəliliyi Departamenti yaradılıb.

Quram Dumbadze ali təhsilini biznesin idarə olunması sahəsində, maliyyə, bank və sığorta işi ixtisası üzrə alıb. Onun dövlət qulluğunda çoxillik iş təcrübəsi var. O, müxtəlif illərdə Acara Muxtar Respublikasının Maliyyə Nazirliyinin Əmlakın İdarəolunması Şöbəsində işləyirdi, eləcə də 11 il ərzində Dövlət Audit Xidmətində – auditor köməkçisindən baş auditora qədər müxtəlif vəzifələrdə işləyirdi. 2021-ci ildən Quram Dumbadze Gürcüstanın Hökumət Administrasiyasının Daxili Audit Xidmətinin rəhbəri olub, 2025-ci ilin iyun ayından isə Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri təyin edilib.