Qumatidə, “NamaxvanSES”-ə qarşı çıxanlar və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi 21:34, 30.05.2021 Qumatidə səs-küy aksiyası davam edir. Aksiya iştirakçıları bu dəqiqələrdə Qumatidə, dəmir barrikadalara əllərini vururlar və polisi barrikadaların o biri tərəfinə keçməyə imkan verməyə çağırırlar. Hüquqmühafizəçilər aksiya iştirakçılarıma SES-in tikintisi yerinə getməyə imkan vermirlər. Nəticədə “NamaxvanSES”-ə qarşı çıxanlar və polis arasında bir neçə dəfə fiziki qarşıdurma baş verdi. “Nə deməkdir ki, dərəyə giriş dəmir barrikadalarla bölünüb və evlərəmizə getməyə imkan verilmir. Onunla nə ziyan veririk ki, barrikadanın o biri tərəfinə keçək. Polis, DİN açıqlasın ki, barrikadanın o biri tərəfinə keçməklə nəyə ziyan vururuq. Rəsmi əmr, nizamnamə göstərsinlər, bizi maraqlandırır, nə yazıblar, bir hıftədir duran bu barrikadalar nəyə xidmət edir”, – Varlam Qoletiani bəyan etdi. Oxşar