Qulqula kəndində zibilxananın köçürülməsi tələbi ilə aksiya keçirilib
Telavi Munisipalitetinin Qulqula kəndində əhalinin aksiyası keçirilib. Yerli sakinlər kənddən üç kilometr aralıda yerləşən zibilxananın bağlanmasını və köçürülməsini tələb edirlər.
Aksiya iştirakçıları zibilxanaya gedən yolu bağlamağa çalışıblar, lakin polis onlara icazə verməyib.
Yerli sakinlər, ərazidəki antisanitariyaya görə, pəncərələrini aça və uşaqları çölə buraxa bilmədiklərini deyirlər. Onların sözlərinə əsasən, zibilxananın yaxınlığında Qulqula kəndini içməli su ilə təmin edən quyu var. Yerli sakinlərin dedikləri kimi, həm su, həm də hava onların sağlamlığına mənfi təsir göstərir.
Kaxetinin munisipalitetlərindən hər gün bir neçə ton məişət tullantısı Qulqula zibilxanasına atılır.
Yerli hakimiyyətin və Bərk Tullantıların İdarəolunması Şirkətinin nümayəndələri aksiya iştirakçıları ilə görüşüblər.