“Quinnipiac University”nin sorğusu – Kilid ştat Corciada Donald Tramp 7 faizlə liderlik edir

10:15, 17.10.2024

 
Yeni sorğuya əsasən, kilid ştat Corciada Donald Tramp 7 faizlə liderlik edir – bu haqda “Politico” yazır.

“Quinnipiac University”nin oktyabrın 10-14-də keçirilmiş sorğusuna əsasən, Corciada ehtimal olunan seçicilərin 52%-i Donald Trampı, 45%-i isə Kamala Harrisi dəstəkləyir.

Şimali Karolinada keçirilən sorğu isə göstərib ki, seçicilərin 49%-i Harrisi, 47%-i isə Trampı dəstəkləyir.

“Quinnipiac University”nin sorğusu oktyabrın 10-14-də keçirilib, Corcia ştatında sorğuda 1328 ehtimal olunan seçici, Şimali Karolinada isə 1031 ehtimal olunan seçici iştirak edib. Corciada səhv marjası müsbət və ya mənfi 2,7 faiz, Şimali Karolinada isə müsbət və ya mənfi 3,1 faiz olub.

Oxşar