Quqa Kaşibadze – Ponicalada partlayış nəticəsində xəsarət alan 31 yaşlı kişinin vəziyyəti ciddi və təhlükəlidir
Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadze, Ponicalada partlayış nəticəsində xəsarət alan 31 yaşlı kişinin diaqnozunun ciddi və təhlükəli olduğunu bildirib.
Kaşibadzenin bəyan etdiyi kimi, kişinin bədəninin 87 faizi yanıb.
“Təcili yardım briqadası vasitəsilə 31 yaşlı gənc kişi daxil olub. Onda ehtimal ki, qaz partlayışı nəticəsində alınmış xəsarətlər qeydə alınırdı. Bədənin təxminən 87%-nin yanığı, tənəffüs yollarının zədələnməsi, dırnaqarası yanıq şoku. Bütün bunlara ehtimal ki, qaz partlayışının səbəb olduğu barotravma da əlavə olunub. Pasiyent Yanıq Mərkəzinin reanimasiya şöbəsindədir, yanıq şokuna qarşı müalicə aparılır. Sadaladığım bu diaqnoz ciddi və təhlükəlidir” – Kaşibadze açıqlayıb.
Ponicalada yaşayış binasında partlayış bu gün səhər baş verib. Xəsarət alan dörd nəfəri təcili tibbi yardım briqadaları xəstəxanalara aparıb. Daxili işlər naziri Sulxan Tamazaşvilinin verdiyi məlumata əsasən, partlayışdan sonra üçü azyaşlı uşaq olmaqla, yeddi nəfər axtarılır.