Quqa Kaşibadze bildirir ki, Lotkin yaşayış məntəqəsində partlayış nəticəsində yaralanan şəxs reanimasiya şöbəsinə yerləşdirilib və bu mərhələdə vəziyyəti stabildir
Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadze bildirir ki, Tbilisidə Lotkin yaşayış məntəqəsində partlayış nəticəsində yaralanan şəxsin bədənində termiki yanıqlar var və reanimasiya şöbəsinə yerləşdirilib.
O bildirib ki, bu mərhələdə pasiyentin vəziyyəti stabildir.
“Gənc qız təcili yardım avtomobili ilə klinikamıza gətirildi. Onun bədəninin 48 faizində termiki yanıq qeydə alınırdı. Baş, döş qəfəsi, bel və yuxarı ətrafları zədələnmişdi. Ehtimal ki, qaz partlayışı nəticəsində travma almışdı. Yanıq Mərkəzinin reanimasiya şöbəsində yerləşdirilib. Hazırda vəziyyəti stabildir, lakin zədələr kifayət qədər ciddidir” – Quqa Kaşibadze bildirib.
Tbilisidə Lotkin yaşayış məntəqəsində partlayış baş verib. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, fakt üzrə istintaq iki maddə ilə, Cinayət Məcəlləsinin 240-cı və 240-cı prima maddələri ilə aparılır, bu da dağ-mədən, tikinti və ya digər işlərin aparılması zamanı təhlükəsizlik qaydasının və elektrik və ya istilik enerjisi, qaz, neft və ya neft məhsulları obyektində təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.