“Qüds Qüvvələri”nin komandanı Esmail Ğaani – İsrail Qüvvələri Livandan könüllü çıxmasalar, “alçaldılmış və məğlub şəkildə” qaçmağa məcbur olacaqlar

18:38, 25.06.2026

 

İsrail Qüvvələri Livandan könüllü çıxmasalar, “alçaldılmış və məğlub şəkildə” qaçmağa məcbur olacaqlar – bu haqda İslam İnqilabı Keşikçiləri Korpusunun” “Qüds Qüvvələri”nin komandanı, briqada generalı Esmail Ğaani deyib.

İranlı yüksək rütbəli hərbçinin sözlərinə əsasən, Livan müqavimət və mətanət meydanıdır, işğalçıların oyun meydançası deyil.

Ötən həftə Amerika Birləşmiş Ştatları və İran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatlara son qoyulmasını nəzərdə tutan müvəqqəti razılaşma imzalayıblar və Livanın suverenliyini, eləcə də ərazi bütövlüyünü təmin edəcəklərinə söz veriblər.

Tehranın tələbi İsrail qoşunlarının Livanın cənubunu tərk etməsidir. İsrail isə bu ideyaya qəti şəkildə qarşı çıxıb və şiə qruplaşması “Hizbullah” tərksilah olunana qədər Livanın təhlükəsizlik zonasında qalacağına söz verib.

Oxşar