Qudauriyə qədər gedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib - avtomobil yollarında vəziyyət necədir?
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Mtsxeta-Stepantsminda-Larsi beynəlxalq avtomobil yolunun Mleta-Qudauri hissəsində qar uçqunu təhlükəsi rejimi aradan qaldırılıb və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Qar uçqunu təhlükəsi, güclü qar yağması və mürəkkəb meteoroloji şəraitə görə avtomobil yollarının ayrı-ayrı hissələrində xüsusi hərəkət rejimləri hələ də tətbiq olunur.
Güclü qar yağması, yolun buz bağlaması, qar uçqunu təhlükəsi və mürəkkəb meteoroloji şəraitə görə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb: Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində, Niçbisi-Didqori-Didi Toneti avtomobil yolunun 2 km – 28 km hissəsində, Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 185 km – 192 km (Uşquli-Lasdili) hissəsində və Kutaisi (Tsğaltubonun döngəsi)-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili avtomobil yolunun 125 km – 151 km (Mele-Lasdili) hissəsində.
Güclü qar yağması və temperaturun aşağı düşməsinə görə qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb: Xaşuri-Axaltsixe-Vale avtomobil yolunda, Axaltsixe-Ninotsminda avtomobil yolunda, Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94 km -146 km (Ayazma-Ninotsminda) hissəsində, Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunda, Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39 km – 62 km (Nakerala dağ keçidi) hissəsində, Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda və Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 30 km – 184 km (Cvari-Uşquli) hissəsində.
Güclü qar yağmasına görə yalnız yolsuzluq avtomobillərinin hərəkətinə icazə verilir: Vaziani-Qombori-Telavi avtomobil yolunun 36 km – 64 km (Verona-Telavi) hissəsində, Kutaisi (Tsğaltubonun döngəsi)-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili avtomobil yolunun 88 km – 124 km ( Lentexi- Mele) hissəsində və Batumi ( Anqisa) – Axaltsixe avtomobil yolunun 86 km – 106 km (Paksadzeebi kəndi- Qoderdzi kurortu) hissəsində, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.