Qudauri (Posta)-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib
Qudauri (Posta)-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib

Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri, Qudauri (Posta)-Kobi və Stepantsminda-Larsi hissələrində avtomobillərin hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək”. “Qudauri (Posta)-Kobi hissəsində avtomobillərin hərəkətinə yalnız qar uçqundan mühafizə tunelləri vasitəsilə icazə verilir”. – Məlumatda deyilir.