Qudauri (Posta)–Kobi hissəsində avtomobil nəqliyyatının hərəkəti qadağan edilib
Qudauri (Posta)–Kobi hissəsində avtomobil nəqliyyatının hərəkəti qadağan edilib. Bu barədə məlumatı Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.
Departamentin açıqlamasına görə, qeyd olunan hissədə qar uçqunu (lavina) təhlükəsinin səviyyəsi yüksəkdir.
“Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Milli Ətraf Mühit Agentliyinin bildirdiyinə görə, beynəlxalq əhəmiyyətli Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun Qudauri (Posta)–Kobi hissəsində qar uçqunu təhlükəsi yüksəkdir. Bu səbəbdən həmin hissədə bütün növ avtomobil nəqliyyatının hərəkəti müvəqqəti olaraq qadağan edilir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta–Qudauri hissəsində avtomobillərin hərəkəti dayanmadan keçid rejimində həyata keçiriləcək”, – deyə məlumatda bildirilir.