Qudauri (Poçt) – Kobi sahəsində yüngül avtomobillərin hərəkəti bərpa olunub
Qudauri (Poçt) – Kobi sahəsində yüngül avtomobillərin hərəkəti bərpa olunub

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun km93–km107 (Qudauri (Poçt) – Kobi) hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib, lakin qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Milli Ətraf Mühit Agentliyinin bildirdiyinə görə, Mleta–Qudauri və Qudauri (Poçt) – Kobi sahələrində avtomobillərin hərəkəti dayanmadan keçid rejimində həyata keçiriləcək, Qudauri (Poçt) – Kobi hissəsində isə yalnız qar uçqununa qarşı qoruyucu tunellərdən keçməklə.