Qudauri-Kobi yolunun hissəsində nəqliyyatın hərəkəti qadağandır
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mtsxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi hissəsində uçqun təhlükəsi yüksəkdir, bu səbəbdən həmin hissədə bütün növ avtomobillərin hərəkəti qadağandır. Məlumatı Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.
Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri hissəsində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək.
Avtomobil Yolları Departamenti sakinləri qış mövsümünə uyğun təkərlərlə, düzgün nəqliyyat vasitəsi ilə idarə etməyə və magistral yollarda tətbiq olunan rejimlərə əməl etməyə çağırır.