Qudauri-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa olunub
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən verilən məlumata görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib. Qoşqu və yarımqoşquların hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri, Qudauri (Posta)-Kobi və Stepantsminda-Larsi hissələrində avtomobillərin hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək”. “Qudauri (Posta)-Kobi hissəsində avtomobillərin hərəkətinə yalnız qar uçqundan mühafizə tunelləri vasitəsilə icazə verilir”. – Məlumatda deyilir.