Qudauri-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa edilib.
Onların məlumatına əsasən, sözügedən hissədə qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Mleta-Qudauri, Qudauri (Posta)-Kobi və Stepantsminda-Larsi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan keçmək rejimində həyata keçiriləcək. Qudauri (Posta)-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə icazə verilir” – Avtomobil Yolları Departamentinin məlumatında deyilir.