Qudauri-Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyatın hərəkəti qadağandır

10:13, 01.02.2023

Qar və şaxta səbəbindən, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi avtomobil yolunun Qudauri(Posta) -Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır

Bu barədə məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

İdarənin məlumatına görə, başqa növ avtonəqliyyatın hərəkəti sərbəstdir.

Oxşar