Qudauri-Kobi hissəsində saat 13:00-dan saat 19:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti qadağandır

12:40, 03.04.2022

Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, havanın temperaturunun artması ilə əlaqədar Mtsxeta-Stepantsminda-Larsi beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi səviyyəsi yüksəkdir, buna görə, saat 13:00-dan saat 19:00-a kimi bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Avtomobil Yolları Departamenti əhalini qış mövsümünə uyğun təkərlərlə, düzgün nəqliyyat vasitəsi ilə idarə etməyə və magistral yollarda tətbiq olunan rejimlərə əməl etməyə çağırır

 

Oxşar