Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub

 

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan keçid rejimində, Qudauri (Posta)–Kobi hissəsində yalnız qar uçqunundan qoruyan tunellərdən keçməklə həyata keçiriləcək.

“Qoşqulu, yarımqoşqulu avtonəqliyyat vasitələrinin və M3 kateqoriyasına aid (sürücü yerindən başqa səkkizdən çox oturacaq yeri olan və ümumi kütləsi beş tondan artıq olan) sərnişin daşımaq üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələrinin tunellərdə hərəkəti bir tərəfli qaydada həyata keçiriləcək” – məlumatda qeyd olunur.