Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, beynəlxalq əhəmiyyətli Mtsxe­ta–Stepantsminda–Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Mleta-Qudauri, Qudauri (Posta)-Kobi və Stepantsminda-Larsi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan keçmə rejimində həyata keçiriləcək. Qudauri (Posta)-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə icazə verilir.

Qoşqulu, yarımqoşqulu və M3 kateqoriyasına aid 22-dən çox oturacaq yeri (sürücünün yerindən başqa) olan sərnişin daşıyan avtonəqliyyat vasitələrinin hərəkəti tunellərdə tək istiqamətli olaraq həyata keçiriləcək” – məlumatda qeyd olunub.