Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Mleta-Qudauri, Qudauri (Posta)-Kobi və Stepantsminda-Larsi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan keçmək rejimində həyata keçiriləcək. Qudauri (Posta)-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə yalnız qar uçqunundan mühafizə tunelləri vasitəsilə icazə verilir.

Qoşqulu, yarımqoşqulu avtonəqliyyat vasitələrinin və 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş M3 kateqoriyalı avtonəqliyyat vasitələrinin hərəkəti tunellərdə birtərəfli olaraq həyata keçiriləcək” – məlumatda qeyd olunub.