Qudauri-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti bildirir ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib.
“Milli Ekologiya Agentliyinin məlumatına görə, Mleta-Qudauri, Qudauri (Posta)-Kobi və Stepantsminda-Larsi hissələrində yol hərəkəti fasiləsiz rejimdə həyata keçiriləcək. Qudauri (Posta)-Kobi hissəsində avtomobillərin hərəkətinə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə icazə verilir. 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş qoşqulu, yarımqoşqulu və M3 kateqoriyalı avtonəqliyyat vasitələrinin tunellərdə hərəkəti birtərəfli həyata keçiriləcək”. – deyə Yol İdarəsindən məlumat verilib.