Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan olunub
Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan olunub

 

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 93km-107 km (Qudauri (Posta)-Kobi) hissəsində qar uçqunu təhlükəsinin səviyyəsi yüksəkdir, bu səbəbdən də qeyd olunan hissədə bütün növ yol hərəkəti məhdudlaşdırılıb.

Məlumatı Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Mleta-Qudauri hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan keçid rejimində həyata keçiriləcək” – Avtomobil Yolları Departamentinin məlumatında deyilir.