Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, mürəkkəb meteoroloji şərait (çovğun, boran və görmə məsafəsinin məhdudlaşması) sözügedən məhdudiyyətə səbəb olub.

“Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Mleta-Qudauri və Stepantsminda-Larsi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan keçmək rejimində həyata keçiriləcək” – qurumda bildirirlər.