Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Milli Ətraf Mühit Agentliyi beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qar uçqunu təhlükəsinin səviyyəsinin yüksək olması haqda məlumat verir.
Bu səbəbdən yolun qeyd olunmuş hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Stepantsminda-Larsi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti dayanmadan hərəkət rejimində həyata keçiriləcək” – Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti tərəfindən yayılmış məlumatda deyilir.