Qrup şəklində zorakılığın təşkili, zorakılıq və qəsdən sağlamlığa ağır zərər vurma faktlarına görə səkkiz nəfəri "isti izlər"lə saxlayıblar
Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları “isti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qrup şəklində zorakılığın təşkili, qrup şəklində zorakılıq və qəsdən sağlamlığa ağır zərər vurma faktlarına görə səkkiz nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, saxlanılan şəxslər: 1983-cü il təvəllüdlü Ş.M., 1985-ci il təvəllüdlü Q.O., 1981-ci il təvəllüdlü Z.Ğ., 1997-ci il təvəllüdlü B.T., 1986-cı il təvəllüdlü M.M., 1990-cı il təvəllüdlü R.M. və keçmişdə mühakimə olunan: 1988-ci il təvəllüdlü V.S., həmçinin 1976-cı il təvəllüdlü Ş.Ş.
Daxili İşlər Nazirliyinin məlumatında, cinayətlərin 9 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Saqareco Munisipalitetində qisas almaq məqsədilə 1970-ci il təvəllüdlü Q.Q.-yə qarşı mütəşəkkil, qrup şəklində fiziki zorakılıq törədiblər. Bu qarşıdurma zamanı təqsirləndirilən şəxslər odlu silahdan atəş açmaqla 1994-cü il təvəllüdlü A.Q.-ni yaralayıblar və hadisə yerindən qaçaraq gizləniblər. Yaralı kişini xəstəxanaya aparıblar, ona müvafiq tibbi yardım göstərilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsləri “isti izlər”lə saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prima hissəsi, 225 və 117-ci maddələri ilə aparılır” – məlumatda qeyd olunub.