Qrup halında zorakılığın təşkil edilməsi və zorakılıqda iştirak etmək ittihamı ilə Manana Qiorqobianini saxlayıblar
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları qrup halında zorakılığın təşkil edilməsi və zorakılıqda iştirak etmək ittihamı ilə vətəndaş Manana Qiorqobianini saxlayıblar – bu haqda Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, cinayət doqquz ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“Cari ilin noyabrın 2-də gecə saatlarında, təqsirləndirilən Qiorqobiani supermarketlərdən birinin əməkdaşlarını — 2006-cı il təvəllüdlü T.M.-ni və 2004-cü il təvəllüdlü E.M.-ni təhqir edib, bundan sonra da tanışı — 1996-cı il təvəllüdlü C.Ç.-lə əlaqə saxlayıb. C.Ç. hadisə yerinə onu müşaiyət edən şəxslərlə birlikdə gedib və onlar supermarketin iki əməkdaşını zor tətbiq etməklə çölə çıxarıblar və qrup halında onlara qarşı fiziki zorakılıq törədiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayətdə iştirak edən altı nəfərin hamısı müəyyən edilib. Faktla əlaqədar cinayəti törədən digər şəxslərin yerini müəyyən etmək və onları cinayət məsuliyyətinə cəlb etmək məqsədilə müvafiq istintaq hərəkətləri davam edir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 225 və 126-cı maddələri ilə aparılır, bu isə bu halda qrup halında zorakılıq və qrup halında zorakılığın təşkil edilməsi deməkdir” – DİN-in məlumatında deyilir.