Qroznı-a pilotsuz uçuş aparatları ilə hücum edilib.
Məlumata görə, 8 may səhəri Qroznıda dronlar Xankala rayonuna hücum edib. Bu ərazidə Rusiyanın əsas hərbi bazalarından biri yerləşir.
Hücumun həmçinin Znamenskoye kəndində yerləşən Federal Təhlükəsizlik Xidmətinin (FTX) bölməsinə qarşı da həyata keçirildiyi bildirilir.
Yayılan videolara görə, Qroznıda ən azı iki partlayış qeydə alınıb.
Xankala bölgəsində Rusiya hərbi bazası və 42-ci Qvardiya Motoatıcı Diviziyasınin qərargahı yerləşir. Bu bölmə 58-ci Ordu tərkibinə daxildir.