Qriqoletidə, Supsa çayına yük avtomaşını düşdü
Qriqoletidə, Supsa çayına yük avtomaşını düşdü

Qriqoletidə, Supsa çayına yük avtomaşını düşdü. Mövcud məlumata görə, o, Potidən Batumiyə gedirmiş. Sürücü maşından atıla bildi. Xilasedicilər və balıqçılar onu çaydan çıxardılar.

Gənc deyir ki, qarşısındakı avtomobil qəfil əyləc etdi, ondan yayınmağa çalışdı, lakin sükanı idarə edə bilmdi. Onun səhhəti qənaətbəxşdir, klinikaya köçürülməsinə ehtiyac yoxdur.

“Qarşımda maşın karvanı gedirdi, başqa yolum yox idi əyləcə basdım və suya düşdüm. Xilasedicilər məni çıxardılar, düşən kimi dərhal xilasedicilər gəldilər, gecikmədilər. Su o qədər də dərin olmasa da, insanı örtürdü. Hələlik avtomobili çıxarmaq mümkün olmayacaq. Əgər hərəkət azalsa, gecə gec saatlarda çıxaracağıq”, – traylerin sürücüsü, Aleksi Maysuradze bəyan etdi.