Qriqol Qeqelia - Parlamentə daxil olmaq məsələsi bizim üçün bağlanıb, belə bir qurumda olmağın heç bir mənasını görmürük
Qriqol Qeqelia - Parlamentə daxil olmaq məsələsi bizim üçün bağlanıb, belə bir qurumda olmağın heç bir mənasını görmürük

 

Təbii ki, bu, Qaxaria və onun komandasının qərarıdır. Komandamızın qərarı lap əvvəldən fərqli idi, biz mandatımızı geri çəkdik, Gürcüstan Parlamentini tərk etdik. Müvafiq olaraq, bu məsələ bizim üçün bağlanıb – bu barədə “Lelo – Güclü Gürcüstan”ın üzvü Qriqol Qeqelia bildirib.

Qeqelia bildirib ki, “Lelo”nun bu çağırış parlamenti ilə heç bir əlaqəsi olmayıb və olmayacaq.

“Vətəndaşların mənafelərinin qorunmasına gəlincə, fikrimcə vətəndaşların maraqlarının yerli səviyyədə müdafiəsi və təmsil olunması vacibdir, lakin qeyri-legitim şəkildə toplanmış qurum olan və müasir Gürcüstanın tarixini mühakimə edən bu dırnaqarası istintaq komissiyasını yaradan qeyri-legitim parlamentdə, belə bir qurumda olmağın heç bir mənasını görmürük” – Qriqol Qeqelia bildirib.

“Qaxaria Gürcüstan Naminə” partiyası parlamentə daxil olmaq qərarını qəbul edib. Partiyanın siyasi şurasının üzvü Qiorqi Şaraşidze brifinqdə bildirib ki, parlament və şəhər məclislərinin tribunasından istifadə edilməməsi, təkcə səhv deyil, həm də ölkə və xalq qarşısında cinayətdir.