Qriqol Qeqelia Muxianinin 62 saylı seçki məntəqəsində seçicilərə rüşvət verilməsi halının qeydə alındığını iddia edir, müşahidəçilərdən biri isə məbləğlə bağlı heç nə eşitmədiyini və yalnız dolu pul kisəsi gördüyünü bildirir
“Güclü Gürcüstan”ın nümayəndəsi Qriqol Qeqelia Muxianinin 62 saylı seçki məntəqəsində seçicilərə rüşvət verilməsi halının qeydə alındığını iddia edir.
Qeqelia bildirib ki, səhər saat 09:00-dan 62 saylı seçki məntəqəsinin yaxınlığındakı ərazidə naməlum şəxslər hərəkət edirdilər, bu da onların seçicilərə rüşvət verməyə çalışması şübhəsini yaradır.
Qriqol Qeqelia bununla bağlı müşahidəçilərdən birinə sual verib.
Qeqelia müşahidəçiyə müraciət edib: “Burada heç nə yazılmır, dediklərini mənə başa salmalısan, mənimlə danışırsan, bu barədə şərh verməliyəm, nağd puldan söhbət getmişdi? Hansı ifadə deyildi, mənə nə dedin?”
Müşahidəçi suala cavab olaraq qeyd edib:
“Nağd puldan söhbət gedirdi, lakin konkret olaraq eşitmədim. Nə bilim, pul kisəsi çox dolu idi. Sadəcə tuturdu, heç nə etmirdi və bilmirəm. Bircə onu eşitdim ki, hər şey “pariatkada”dır elə deyilmi dedi, hamını dayandırırdılar. Pul haqda eşitməmişəm, pul kisəsini dolu gördüyüm üçün bununla əlaqələndirdim, həm də bütün avtomobilləri dayandırırdı, ona əsasən. Burada dayanmışdı və pul kisəsini hey əlində tuturdu”.