Qriqol Liluaşvili - Dünyada kilsə ilə mübarizədə hələ heç kim qalib gəlməyib və Gürcüstanda da qalib gəlməyəcəklər, istintaqı gözləyin, hər şey qabaqdadır
Qriqol Liluaşvili - Dünyada kilsə ilə mübarizədə hələ heç kim qalib gəlməyib və Gürcüstanda da qalib gəlməyəcəklər, istintaqı gözləyin, hər şey qabaqdadır

Bütün təhlükəsizlik hadisələrinə görə məsuliyyəti öz üzərimizə götürürük. Araşdırmanı gözləyin” dedi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili .

O bildirib ki, istintaq şəffafdır.

“Təhlükəsizliklə bağlı bütün hadisələrə görə məsuliyyəti öz üzərimizə götürürük. Kifayət qədər şəffaf olan istintaqı gözləyin. Onların hər birinin nəticələri yoxlamaq imkanı var” , – dedi Qriqol Liluaşvili.

Müxalifətin onun istefasını tələb edib -etmədiyi sualına Liluaşvili “müxalifətin ağılı ilə gedə bilmərik” cavabını verib.

“Biz müxalifətin ağılıı ilə gedə bilmərik. Təəssüf ki, bu həyat elədir ki, işi, onu bilənlər etməlidir”, – Liluaşvili bildirib.

Bununla, jurnalistdən Liluaşvilinin dindirilməyə niyə çağırılmadığı soruşulduqda, DTX rəhbəri dedi ki, istintaq zəruri hesab edərsə, hamı sorğu -sual olunacaq.

“Niyə çağırılmalıyam? Mənimlə nə əlaqəsi var. DTX işçilərinin dindirilməyə getmədiyini nə bilirsiniz. Əlbəttə gedirlər. İstintaq elə qərar versə, hamı dindiriləcək. Lakin heç kim, xüsusən də işi görən təhlükəsizlik işçiləri əzilməyəcək. İstintaq hansı təxribatın planlaşdırıldığını müəyyən edəcək. Həqiqət üzə çıxacaq və hər kəsə layiqli cavab veriləcək. Dünyada ruhani və kilsəyə qarşı mübarizədə hələ heç kim qalib gəlmədi və Gürcüstanda da qalib gələ bilməyəcəklər. Hər şey qabaqdadır və gözləyin. İstintaqın nəticələri tamamilə şəffaf olacaq “dedi Qriqol Liluaşvili.