Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
Qərarı hakim Arsen Kalatozişvili verib.
Bugünkü məhkəmə iclasında müzakirə qapalı rejimdə keçirilib. Təqsirləndirilən Qriqol Liluaşvilinin özü məhkəmə prosesində iştirak etmirdi.
Məlumat üçün bildirək ki, Gürcüstan Prokurorluğu dünən Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvilini saxlayıb. Prokurorluğun məlumatına əsasən, Qriqol Liluaşviliyə ittiham Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “q” yarımbəndi və üçüncü hissəsinin “e” yarımbəndi ilə irəli sürülüb, bu, qabaqcadan əlbir olan qrup tərəfindən xüsusilə külli miqdarda rüşvət almaq deməkdir və cəza şəklində 11 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.